Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 18% artıb

21 Aprel 2023 10:00 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 692,7 milyon manatlıq xidmət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.

Bu xidmətlərin 75,5 %-i əhali sektoruna aid olub.

3 ayda xidmətlərdən əldə edilən gəlirin 37,8 %-i və ya 262,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.