İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub

25 İyul 2013 10:00 (UTC+04:00)
Çimərlik mövsümü başlayandan indiyə qədər Bakıda 24 nəfər suda boğulma təhlükəsi ilə üzləşib.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, həmin şəxslərin 17-i həyatını itirib, 7 nəfərin isə həyatını xilas etmək mümkün olub.

Bakıda may ayından indiyə qədər 30 nəfəri gün vurub, 15 nəfəri ilan, 45 nəfəri isə həşərat sancıb. Bu hallarda ölüm qeydə alınmayıb.

AzNews.az