Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

22 Aprel 2023 09:47 (UTC+04:00)

Kürdəmirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Pərviz Qurbanovun məhkəməsi başlayır.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü P.Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı 1994-cü il təvəllüdlü Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.