Milli Şuranın növbəti sessiyasının vaxtı bilindi

25 İyul 2013 10:20 (UTC+04:00)
Milli Şuranın növbəti sessiyasının vaxtı müəyyən edilib.

Bu barədə AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Asəf Quliyev məlumat verib. O bildirib ki, MŞ-in növbəti sessiyası iyulun 30-da Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək.

İclasda qurumun bəzi komitə və komissiyalarına rəhbərlərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Anar
AzNews.az