Vaşinqtondakı türklər erməni təxribatına imkan vermədi

25 Aprel 2023 11:38 (UTC+04:00)

Hər il aprelin 24-də olduğu kimi, bu il də ABŞ-da ermənilər əsassız iddiaları gündəmə gətirmək üçün nümayiş keçirib.

ABŞ-dakı türk cəmiyyəti isə erməni təxribatına imkan verməyib.

Türkiyənin Vaşinqton səfirliyi və türk dərnəklərinin təşkil etdiyi nümayişə azərbaycanlılar da dəstək verib.

Vaşinqton səfirliyi və səfirin iqamətgahı qarşısına toplaşan türk icması Türkiyəyə dəstək nümayişi təşkil edib.

Onlar, erməni iddialarına və ABŞ prezidentinin 1915-ci il mesajına etiraz edib.Türkiyə səfirliyinin qarşısından keçən ermənilər əllərində çoxəsrlik yalanlarını əks etdirən təxribat xarakterli pankartlar gəzdirərkən; Türkiyə cəmiyyəti 1915-ci il iddialarının sadəcə yalan olduğunu bildirən pankartlarla cavab verdi.

Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və türk cəmiyyətinin nümayəndələri bir ağızdan marşlar və mahnılar ifa ediblər.

Mövsüm

Aznews.az