2022-ci il dünya çempionatından sonra sürpriz qərarla Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasına transfer olunan Kriştiano Ronaldo yeni komandasında planlar istədiyi kimi getmir.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted"dən ayrıldıqdan sonra sürpriz bir qərarla "Əl Nassr"la anlaşan portuqaliyalı ulduz uyğunlaşma prosesini keçdikdən sonra hədəflərinə başlamışdı. Lakin son həftələrdə əldə edilən nəticələr Ronaldonun kefini pozub.
Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Ər-Riyad Superkuboku, Səudiyyə Ərəbistanı Superkuboku və Səudiyyə Ərəbistanı Kral Kubokundan kənarlaşdırılıb və Səudiyyə Ərəbistanı Liqasında liderliyi “Əl İttihad”a itirib.
Ayan Rzayeva