"ATEF Şirkətlər Qrupu" MMC cərimə edilə bilər.
Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci(Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Suraxanı rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid