“Müraciətimizə müsbət cavab verilməsinə ümid azdır” – Əli İsa Cabbarov

25 İyul 2013 10:56 (UTC+04:00)
"Hər il kino bayramı günü ərəfəsində Kinematoqrafçılar İttifaqı Mədəniyyət və Turizm Nazirliyinə xidməti olan kino xadimlərə fəxri adların və təqaüdlərin verilməsi ilə müraciət edilir. Son illərin hadisələrin gərginliyi ilə əlaqədar müraciətlərimiz geri qaytarılır".

Bunu AzNews.az-a açıqlamasında "Dərviş" prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarov bildirdi. Onun sözlərinə görə, sözügedən ittifaq Mədəniyyət və Turizm Nazirliyinə bu il də müraciət edib: "Müraciətimizə müsbət cavab verilməsinə ümid azdır".

Bahar Rüstəmli
AzNews.az