Poroşenkonun Avropa ölkələrinin Ukrayna taxılının idxalına qadağa qoymasına reaksiya verib

26 Aprel 2023 13:19 (UTC+04:00)

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Avropa İttifaqının keçmiş Şərq Bloku üzvlərinin Ukraynadan taxıl və ərzaq məhsullarının idxalına qadağa qoymasına reaksiya verib.

Aznews.az xəbər verir ki, Polşanın Katovitse şəhərində keçirilən görüşdən sonra danışan Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko, Macarıstan, Slovakiya.Rumıniya və Bolqarıstanın Ukraynadan taxıl idxalını qadağan etmək qərarlarını tənqid edərək, “Gəlin təhlükəsizlik məsələlərinə gəlincə oyun oynamayaq. Bu çox təhlükəlidir”.

Aİ Komissiyasının Ukrayna taxılına yanaşmasının çox aydın olduğunu və bütün ölkələri buna əməl etməyə çağırdığını bildirən Poroşenko, "Polşalı fermerlərin itkiləri kompensasiya edilə bilər. Ancaq gəlin Ukrayna kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmayaq" ,-deyə qeyd edib.

“Ukraynanın Aİ-dəki qonşuları taxıl böhranının davam etdiyi bir vaxtda Kiyevyönlü həmrəyliyə xələl gətirməkdən ehtiyatlı olmalıdırlar”,-deyə Pyotr Poroşenko vurğulayıb.

Mövsüm