Ötən gün yol qəzalarında 4 nəfər ölüb

27 Aprel 2023 10:05 (UTC+04:00)

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.