Məşhur apteklər şəbəkəsi barədə protokol tərtib edilib

28 Aprel 2023 13:17 (UTC+04:00)

"Buta Farm" MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 218.1-ci( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Quba rayon Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət yeddi yüz əlli manatadək məbləğdə cərimə edilə bilər.

Rəşid