Azərbaycanla Türkiyə arasında “Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalanıb

29 Aprel 2023 21:07 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u imzaladıq.

Aznews.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində paylaşım edib.

Qeyd olunub ki, sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə növbəti töhfə olacaq.