İran prezidenti İbrahim Rəisi çərşənbə günü Suriyanın paytaxtı Dəməşqə səfər edəcək.
Aznews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İbrahim Rəisini Suriya prezidenti Bəşər Əsədin rəsmi dəvəti ilə 2 günlük səfərə gedəcək “iqtisadi və siyasi nümayəndə heyəti” müşayiət edəcək.
Səfər 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra bölgə ölkələri ilə əlaqələri kəsilən Dəməşq hökuməti ilə normallaşma prosesində atılan bir sıra addımları izləyir.
Qeyd edək ki, Türkiyə ilə Suriya arasında başlayan normallaşma danışıqlarının son həftəsində Rusiya ilə yanaşı İran da iştirak edib.
Mövsüm