Ötən ay 971 kq 317 qram narkоtik qanunsuz dövriyyədən çıxarılıb

1 May 2023 16:34 (UTC+04:00)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 971 kq 317 qram narkоtik vasitə və 25 585 ədəd psixotrob həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.