Səudiyyə Ərəbistanında üç İran diplomatik ofisi açılıb

1 May 2023 17:16 (UTC+04:00)

Səudiyyə Ərəbistanında üç İran diplomatik ofisi açılıb.

Aznews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qeyd edib.

"İranın Ər-Riyad və Ciddədəki üç nümayəndəliyi ilkin mərhələdə işini bərpa edib",-deyə Nasir Kənani bildirib.

İranlı diplomat İran diplomatik nümayəndəliklərinin formatı barədə məlumat verməyib.

İranın baş diplomatı Hüseyn Əmir-Abdullahiyan: "İran səfirlikləri və konsulluqları yaxın bir neçə gün ərzində fəaliyyətini bərpa edəcək",-deyə vurğulayıb.

Qeyd edək ki, Martın 10-da İran və Səudiyyə Ərəbistanı iki ay ərzində iki ölkə arasında münasibətlərin normallaşdırılması və səfirliklərin açılması barədə razılığa gəliblər. Pekində bir neçə gün davam edən müvafiq danışıqlar üçtərəfli bəyanatla yekunlaşıb.

Mövsüm