Millət vəkili: “Hamilələlərin küçədə gəzməsi ayıbdır“
25 İyul 2013 13:52 (UTC+04:00)
"Hamiləliyi nağara zurna ilə elan etmək bizim tərbiyəmizə ziddir. Belə qarınla küçədə gəzmək ayıbdır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin "TRT 1" kanalında iftar saatlarında yayımlanan verlişdə ilahiyyatçı, vəkil Ömər Tuğrul İnançer deyib.
Onun sözlərinə görə, bu estetik deyil. "keçmişdə ana olmağa hazırlaşan qadın 7-8 aylığında həyat yoldaşının maşını ilə bir az gəzib qayıdardı. Amma indi maşallah,hamısı televiziyalardadır. Ayıbdır, ayıb. Bunun adı tərbiyəsizlikdir".
AzNews.az