"Alfa Aqro" QSC barədə protokol tərtib edilib

3 May 2023 12:37 (UTC+04:00)

"Alfa Aqro" QSC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəllləsinin 483-cü(Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Rəşid