"Akkord" barədə protokol tərtib edilib

8 May 2023 15:35 (UTC+04:00)

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü(Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Rəşid