Prezident İbrahim Rəisinin Dəməşqə səfəri “Suriyada birgə qələbə” mesajını daşıyır və iki ölkə terrorizmlə mübarizədə qurulan siyasi və hərbi əməkdaşlığa iqtisadi və ticari ölçü əlavə etmək istəyir.
Aznews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında İran prezidenti İbrahim Rəisinin Suriyaya səfəri və Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı dəyərləndirmə edib.
Rəhbərin səfərinin Suriya vətəndaş müharibəsindən sonra həyata keçirilən ilk yüksək səviyyəli səfər olduğunu ifadə edən Kənani, "Dost və qardaş Suriyaya bu səfər iki ölkə arasındakı əlaqələr baxımından əhəmiyyətli bir inkişafdır. Bu səfər iki ölkə arasındakı əlaqələri yaxşılaşdıracaq. İki ölkə arasında terror təşkilatlarının məğlubiyyətindən sonra yeni körpülər qurmaq üçün əhəmiyyətli imkanlar yaradacaq",-deyə qeyd edib.
Mövsüm