Azərbaycanlı müğənninin qohumu qəza törətdi - Foto

25 İyul 2013 16:27 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovaya məxsus "Range Rover" markalı avtomobil qəza törədib. Sevindirici haldır ki,hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, sözü gedən maşını müğənni bugünlərdə öz bacısı oğluna hədiyyə etmişdi. Hadisə zamanı maşını idarə edən də Rəqsanənin qohumu olub.

Bu barədə müğənninin özü "Facebook" sosial şəbəkəsində məlumat yazıb.