MİT Suriyanın şimalında PKK/YPG-nin rəhbər şəxsini məhv edib

13 May 2023 11:48 (UTC+04:00)

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının dəstə başçılarından sayılan Haydar Demirəl məhv edilib.

Məlumatı “TRTHaber” yayıb.

O, qruplaşmanın Suriyanın Hol əyaləti üzrə məsul şəxsi olub.