Fərid Cəfərov mədəniyyət nazirinin müavini təyin edilib

13 May 2023 15:58 (UTC+04:00)

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

Aznews.az xəbər verir ki, Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.