Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib

13 May 2023 16:02 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Aznews.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.