Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib

13 May 2023 18:42 (UTC+04:00)

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Aznews.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.