İmran Cəfərzadəyə bədbəxtlik gətirən istirahət mərkəzi 2 gün sonra açılacaq

25 İyul 2013 20:20 (UTC+04:00)
İyulun 21-də 2 yaşlı körpə İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən faciədən sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hadisənin baş verdiyi obyektin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr imzalanıb.

Bu gün isə məlum olub ki, "Nabran Holiday Village" istirahət mərkəzi 2 gündən sonar öz fəliyyətini bərpa edəcək. Bunu, istirahət mərkəzinin icarədarı Firdovsi İsmayılov "Modern.az" saytı əməkdaşının suallarına cavab verərkən deyib. Məlum olub ki, "Nabran Holiday Village" istirahət mərkəzi iki gün sonra yenidən istifadəyə veriləcək.

İstirahət mərkəzində hələ də istirahət edənlər var. Obyektin icarədarı deyib ki, 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb onun böyüklər üçün nəzərdə tutulan hovuzda çimməsi olub. Firdovsi İsmayılov iddia edib ki, İmran Cəfərzadənin ayağını itirməsi atasının səhlənkarlığı ucbatından baş verib.

AzNews.az