Bakıda restorandan oğurluq edilib

16 May 2023 09:34 (UTC+04:00)

Bakıda restorandan oğurluq edilib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Tantuni" restoranında qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Gümen Azizə məxsus restorandan 340 manat dəyərində "Samsung" markalı mobil telefon və 20 manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.