III təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi - SİYAHI

26 İyul 2013 07:45 (UTC+04:00)
Avropa Liqasının II təsnifat mərhələsi başa çatıb.


AzNews.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, 80 komandanın mübarizə apardığı qitə miqyaslı klub turnirdə artıq növbəti mərhələ üçün 40 vəsiqənin taleyinə aydınlıq gəlib.

II təsnifat mərhələsində üç komanda ilə mübarizə aparsaq da, bunlardan yalnız "Qarabağ" keçib ki, təmsilçimiz də İsveç "Gefle"si ilə üz-üzə gələcək. Ümumilikdə isə burada 58 komanda münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, III mərhələnin oyunları avqustun 1-də və 8-də keçiriləcək.

"Qarabağ" (AZƏRBAYCAN) - "Gefle" (İsveç)
"Ventspils" (Latviya) - "Makkabi" (Hayfa, İsrail)
"Tromse" (Norveç) - "Differdanj" (Lüksemburq)
"Çernomorets" (Ukrayna) - "Srvena Zvezda" (Serbiya)
"Metallurq" (Donetsk, Ukrayna) - "Kukesi" (Albaniya)
"Suonsi" (İngiltərə) - "Malmö" (İsveç)
"Sevilya" (İspaniya) - "Mladost" (Monteneqro)
"Sent Etyenn" (Fransa) - "Milsami" (Moldova)
"Şiroki Briyeq" (Bosniya və Herseqovina) - "Udineze" (İtaliya)
"Petrolul" (Rumıniya) - "Vitess" (Hollandiya)
"Hayduk" (Xorvatiya) - "Dila" (Gürcüstan)
"Yablonets" (Çexiya) - "Stromsqodset" (Norveç)
"Slovan" (Çexiya) - "Sürix" (İsveçrə)
"Dinamo" (Belarus) -"Trabzonspor" (Türkiyə)
"Aktobe" (Qazaxıstan) - "Breydablik" (İslandiya)
"Panduri" (Rumıniya) - "Hapoel" (T-Ə, İsrail)
"Rieka" (Xorvatiya) - "Jilina" (Slovakiya)
"Şlensk" (Polşa) - "Brügge" (Belçika)
"Randers" (Danimarka) - "Rubin" (Rusiya)
"Asteras" (Yunanıstan) - "Rapid" (Avstriya)
"Trençin" (Slovakiya) - "Astra" (Rumıniya)
"Jalgiris" (Litva) - "Lex" (Polşa)
"Motervell" (Şotlandiya) - "Kuban" (Rusiya)
"Botev" (Bolqarıstan) - "Ştutqart" (Almaniya)
"Eştoril" (Portuqaliya) - "Hapoel" (Ramat-Qan, İsrail)
"Voyvodina" (Serbiya) - "Bursaspor" (Türkiyə)
"Ksanti" (Yunanıstan) - "Standard" (Belçika)
"Hakken" (İsveç) - "Tyun" (İsveçrə)
"Minsk" (Belarus) cütünün qalibi - "Sent-Conston" (Şotlandiya)

AzNews.az