Tərtərdə 37 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

17 May 2023 09:23 (UTC+04:00)

Tərtər rayonunda 37 yaşlı kişi bıçaqlanıb.

1986-cı il təvəllüdlü Əliyev Dəyanət Morux oğlu qonşusu ilə dava zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.