"Azerimed" QSC barədə protokol tərtib edilib

17 May 2023 12:54 (UTC+04:00)

"Azerimed" QSC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. Baxış iclası 30.05.2023, saat 09:10 tarixinə təyin edilib.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

Rəşid Qarayev