İtaliyadakı "Formula 1" yarışı ləğv edilib

17 May 2023 15:54 (UTC+04:00)

Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya Qran-prisi ləğv edilib.

Buna hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.

Qeyd edək ki, yarış 19-21 mayda baş tutmalı idi.