Montana TikTok-u qadağan edən ilk ABŞ ştatı oldu

18 May 2023 11:23 (UTC+04:00)

ABŞ-ın Montana ştatı məlumat təhlükəsizliyi müzakirələrinin mövzusu olan Çin video paylaşma tətbiqi TikTok-u qadağan edən ilk ştat olub.

AzNews xəbər verir ki, Montana qubernatoru Qreq Gianforte Çinə kəşfiyyat məlumatı verməkdə ittiham olunan TikTok tətbiqini qadağan edən qanunu imzalayıb.

Beləliklə, Montana TikTok-a rəsmi qadağa qoyan ilk ABŞ ştatı oldu.

Qadağanın 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi açıqlanıb.

Qeyd edək ki, TikTok Çin hökuməti ilə məlumat paylaşdığına dair iddiaları dəfələrlə təkzib edib.

Ayan