Hasan Oktay: "Hər iki tərəf maraqla Sinan Oğanı gözləyir"

18 May 2023 17:44 (UTC+04:00)

“Mayın 14-də Türkiyədə çox mühüm bir seçki prosesi yaşadıq. Bu seçkilərdə prezident seçilmək üçün səslərin 50 faizdən çoxunu toplayan qalib gələcək. Beləliklə, siyasi partiyalar öz aralarında ittifaqlar yaratdılar. Bu seçkidə 4 alyans və ümumilikdə 24 partiya iştirak edib. 28-ci dövr parlament seçkilərində Xalq İttifaqı 332 deputat qazanaraq parlamentdə çoxluğu formalaşdırıb”.

Bu sözləri AzNews.az-a Türkiyədəki Prezdident seçkilərini şərh edərkən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay deyib.

O bildirib ki, Prezident seçkiləri çox maraqlı keçdi:

"4 namizədin mübarizə apardığı seçkidə Məhərrəm İncə seçkilər bitmədən geri çəkilməli oldu. Üç namizəd arasındakı prezidentlik yarışında heç bir namizəd "50+1"% səslə qalib gələ bilmədiyi üçün ilk turu tamamlamadı. Məhərrəm İncə namizədlikdən geri çəkildiyi üçün 0,28% səs topladı. Burada sürprizi Ata ittifaqının rəhbəri Sinan Oğan etdi. Parlament seçkilərində Ata ittifaqının partiyaları 2.30%, Sinan Oğan isə 5.2% səs toplayıb. Beləliklə, mayın 28-də keçiriləcək prezident seçkiləri ikinci tura qaldı. İndi ikinci turda etibarlı səslərin mütləq əksəriyyətini toplayan, yəni bu seçkidə birinci olan namizəd prezident olacaq".

Hasan Oktay prezident seçkisinin ikinci turu barədə danışarkən hər iki tərəfin maraqla Sinan Oğanın mövqeyini gözlədiyini qeyd edib.

"Tərəflər S. Oğanı öz tərəfinə çəkmək, bununla da seçkidə qalib gəlmək istəyir. Hesab edirəm ki,Sinan Oğan heç kimlə danışıq aparmasa və seçiciləri azad etsə, seçicilərin 60%-i müxalifətə, Kamal Kılıçdaroğluna, 10%-i iqtidara, yəni Ərdoğana səs verəcək. Qalan 30%-i isə seçkidə iştirak etməyəcək. Sinan Oğan danışıqlar aparmasa da, seçicilərin 60%-i müxalifətə daha yaxındır”.

Ayan Rzayeva,

AzNews.az