The New York Times qəzeti səhvini düzəltdi
26 İyul 2013 08:32 (UTC+04:00)
Azərbaycanın ABŞ-dakı Səfirliyinin dərhal müdaxiləsindən sonra ölkənin The New York Times qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi səhvi düzəldilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat verib.
Qeyd edək ki, dünən ABŞ-ın The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi.
AzNews.az