Nadir Adilov: “Bu il mediasiya ilə barışıq sazişlərinin sayı 2913 olub”

19 May 2023 11:50 (UTC+04:00)

“Bu il mediasiya ilə barışıq sazişlərinin sayı 2913 olub”.

Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ilk vaxtlar bəzi şəxslər Azərbaycanda mediasiya prosesinin alınmayacağını iddia edirdi: “Amma təcrübə göstərir ki, ölkəmizdə kifayət qədər peşəkar mediatorlar var. Onların 100-ə yaxını həm də vəkildir. Sevindirici haldır ki, ötən il mediasiyaya müraciətin 950-si könüllü olub. Ötən il 3429 barışıq sazişi olub. 25100 müraciət təhdidləyici tərəflərin əməyi nəticəsində məhkəmələrə gedib və mübahisələrini müdiasiyada həll etməyib. Bu il mediasiyaya 891 könüllü müraciət daxil olub. Barışıq sazişlərinin sayı isə 2913-dür. Onlar təkcə məhkəmənin iş yükünü azaltmayıb, həm də insanlarda hüquq mədəniyyəti formalaşdırır. Ötən il xitamlarla bağlı rəqəmlər 8400-dən yuxarı olub”.