Qubanın ən uzunömürlü sakini dünyasını dəyişdi

26 İyul 2013 08:56 (UTC+04:00)
1918-ci ildə Qubada erməni vəhşiliyinin daha bir şahidi dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, Quba rayon Digah kənd sakini 114 yaşlı Saat Əhmədova bu gün torpağa tapşırılacaq.

S. Əhmədova 1900-cü ildə Quba rayonun Digah kəndində doğulub. Saat nənə 1918-ci ildə ermənilərin Qubada və Qusarda törətdikləri soyqırımın canlı şahidi olub. S. Əhmədova həyat yoldaşını II Dünya Müharibəsində itirib. O, uzun illər sağıcı işləyib və digər təsərrüfat işləri ilə məşğul olub.

Qeyd edək ki, onun 4 övladı, 24 nəvəsi, 50 nəticəsi və 11 kötücəsi var.

Aznews.az