Fransa Mayotta adasında miqrantların evlərini sökməyə başlayıb

22 May 2023 12:15 (UTC+04:00)

Fransa yerli məhkəmənin reaksiyalarına və əks qərarına baxmayaraq, Afrika qitəsinin dəniz kənarındakı Mayotta adasındakı qeyri-qanuni miqrantların evlərini sökməyə başlayıb.

Aznews.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Fransız polisi səhər saatlarında kran və texnikalarla əksəriyyəti Komor adalarından olan qeyri-qanuni miqrantların yaşadığı bölgəyə daxil olub.

"Vuambuşu" adlı əməliyyatda qruplar elektrik enerjisinin kəsildiyi ərazidə dağıntılara başlayıb.

Fransa administrasiyası tərəfindən aprelin sonunda başladılan təxliyə əməliyyatı vəkillərin şikayəti əsasında paytaxt Mamoudzou Ədliyyə Məhkəməsi tərəfindən “qanunlara zidd olduğu və sakinlərin təhlükəsizliyini təhlükə altına alacağı” səbəbi ilə dayandırılmışdı".

Administrasiya Paris yerli məhkəməsinin qərarına baxmayaraq söküntü işlərinə davam edəcəklərini açıqlayıb.

Adadakı insan haqları müdafiəçiləri də Fransanın söküntü qərarının qanuna zidd olduğunu bildirərək reaksiya veriblər.

Qeyd edək ki, təxminən 350 min əhalisi olan Mayotta adasının sakinlərinin yarısı Komor adalarından gələn mühacirlərdir.

Mövsüm