Hesablama Palatası Səfərbərlik üzrə Dövlət Xidmətində yoxlamalar aparır

22 May 2023 17:22 (UTC+04:00)

Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.

Bununla bağlı məlumatı Dövlət Xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.