Ağ Evin qarşısındakı baryerə çırpılan yük maşınından nasist bayrağı çıxdı

23 May 2023 09:53 (UTC+04:00)

ABŞ-nin paytaxtı Vaşinqtonda sürücü icarəyə götürdüyü yük maşını Ağ Evin qarşısındakı baryerlərə çırpılıb.

ABŞ prezidentini qorumaq vəzifəsi daşıyan Gizli Xidmət parkı bağlayıb və sürücünü saxlayıb.

Vaşinqton polisi bomba məhv edən robotla avtomobildə axtarış aparıb. Maşında heç bir partlayıcı və ya silah tapılmayıb.

Yük maşınında nasist bayrağı aşkar edilib. Şübhəlinin kimliyi və niyə belə bir hərəkət etdiyi isə açıqlanmayıb.