İranda Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsindən azad edilib

23 May 2023 15:12 (UTC+04:00)

İranda Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani müşavirinin casusluq ittihamı ilə edam edildikdən sonra vəzifəsindən azad edilib.

Aznews.az xəbər evrir ki, Prezident fərmanı ilə vəzifəsindən azad edilən Şamhaninin yerinə İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxslərindən olan general Əli Əkbər Əhmədiyan təyin edilib.

Daha əvvəl 3 il İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsində çalışan 62 yaşlı Əhmədiyan 2000-ci ildə İnqilab Keşikçiləri Korpusunun Baş Qərargah rəisi təyin edilib və bu vəzifəni 7 il davam etdirib.

Mövsüm