Naxçıvan DMX ləğv edilib, yeni regional miqrasiya baş idarəsi yaradılıb

23 May 2023 17:29 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədlə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.