Şolts: Ukrayna müharibədən sonra Aİ-nin tamhüquqlu üzvü olacaq

23 May 2023 18:45 (UTC+04:00)

Ukrayna müharibədən sonra Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olacaq.

Aznews.azUkrainskaya Pravda“ya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Sosial Demokratlar Partiyasının 160-cı ildönümü münasibətilə keçirilən mərasimdə deyib.

“Putinin öz imperialist çılğınlığını gücləndirmək üçün yazdığı qitəmizin acı tarix səhifəsi Avropa İttifaqına tamhüquqlu üzv dövlət kimi yüksələn azad Ukrayna ilə nəticələnəcək”, - Şolts bildirib.

Şolts əlavə edib ki, güc tətbiq etməmə, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini əsas tutan SDP Ukraynanın tərəfini tutmalıdır.