Borrell: Qarşıdakı aylar Ukrayna müharibəsi üçün həlledici olacaq

23 May 2023 18:51 (UTC+04:00)

Qarşıdakı günlər və aylar Ukrayna müharibəsi üçün strateji baxımdan həlledici olacaq.

Aznews.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell keçirdiyi brifinqdə deyib. Əlavə edib ki, Aİ-nin Müdafiə Şurasının bugünkü işinin 90 faizi Ukraynaya hərbi yardımın müzakirə edilməsi olub.

Əlavə edib ki, NATO Baş katibi Yens Stoltenberq də iclasda iştirak edib və tərəflər hazırkı vəziyyət və müharibəyə dair hərbi analizlərini bölüşüblər: “Bütün nazirlər Ukraynaya dəstəyi davam etdirməyə istəkli olduqlarını ifadə etdilər”,

Borrell qeyd edib ki, bu vaxtadək Aİ-nin təlim mərkəzlərində 20 min ukraynalı hərbçi olub, ilin sonunadək onların sayı 30 min nəfərə çatacaq və bu ilkin planlaşdırılandan iki dəfə çoxdur.