Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb

24 May 2023 09:46 (UTC+04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

Hadisə mayın 23-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!