Kriştiano Ronaldo vurduğu qola görə "səcdə etdi"

24 May 2023 14:06 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Peşəkar Futbol Liqası komandalarından olan “Əl-Nassr”da çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo vurduğu qoldan sonra “səcdə edib”.

AzNews.Az xəbər verir ki, bu barədə məlumat TRT-də yayımlanıb.

Liqanın 28-ci həftəsinin matçında paytaxt Ər-Riyadda “Əl-Nassr” və “Əl-Şəbab” komandaları qarşılaşıb.

Portuqaliyalı 38 yaşlı ulduz futbolçu Ronaldo matçın 59-cu dəqiqəsində komandasını 3-2 önə keçirən qolu vurduqdan sonra qol bayramı zamanı səcdə edib.

Qeyd edək ki, qarşılaşmada “Əl-Nəsr” 3:2 hesabı ilə qalib gəlib.

Ayan