Ermənistan parlamentinin sədr müavini: "Regionda müharibəyə son qoymaq istəyirik”

24 May 2023 15:06 (UTC+04:00)

“Ermənistan regionda müharibəyə son qoymaq istəyir”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qarşılıqlı qaydada bir-birilərinin ərazi bütövlüyünü tanımalıdır.