16 yaşlı qız itkin düşdü - Bakıda
26 İyul 2013 10:23 (UTC+04:00)
Bakıda yeniyetmə qız itkin düşüb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 24-də qeydə alınıb. Yeni Yasamalda qeydiyyatsız tikilidə yaşayan, 16 yaşlı Məhluqə Ələkbərovanın itkin düşməsi barədə valideynləri polisə məlumat veriblər. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Hazırda polis itkin düşmüş M. Ələkbərovanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində tədbirləri davam etdirir.
AzNews.az