Nikol Paşinyan Moskvaya səfərə gedib

24 May 2023 20:41 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.

N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.