Sinan Oğandan Azərbaycanla bağlı iddialara sillə kimi cavab

24 May 2023 21:27 (UTC+04:00)

"Nagehan xanım, hamı kimi siz də keçmişimlə bağlı məni qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü işə salmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia edib, Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır? Deyəsən, Azərbaycana giriş qadağasının acısı keçməyib!"

AzNews.az xəbər verir ki, bunu Sinan Oğan tviterdə "Habertürk"ün köşə yazarı Nagehan Alçının iddialarına cavab olaraq yazıb.

"Həm də indi mən desəm ki, siz də illərdir Türkiyədə ərəb şeyxlərinin planına sadiq qalıb onu tətbiq etmisiniz! Bu nə qədər etikdirsə, sizinki də bir o qədər etikdir! Hər iki ittifaq da türk millətçilərinin deyil, HDP-nin dəstəyinə ehtiyac duysaydı, məncə, siz sevinərdiniz, bu cür sağa-sola hücum etməzdiniz", - deyə o əlavə edib.

Qeyd edək ki, Nagehan Alçı Sinan Oğana ünvanladığı tvitdə bunları yazıb:

"Sinan bəy, siz İlham Əliyevin planına sadiq qaldınız və Tayyib Ərdoğanı dəstəklədiniz. Kamal Kılıçdaroğlu da mayın 15-i səhər saatlarından Ümit Özdağın planına sadiq qalaraq ifrat sağçı təbliğat aparır. Bu planların hər ikisi Türkiyənin xeyrinə deyil. Bu planlarda azadlıq, demokratiya yoxdur".

Pərvanə