Azərbaycan XİN İtaliyaya başsağlığı verib

25 May 2023 10:30 (UTC+04:00)

“İtaliyanın Emilia-Romagna bölgəsində baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Dualarımız itkin düşənlərlədir və zərər çəkənlərə şəfa diləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Emilia-Romagna baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı dağıntı və insan tələfatı olub.