Priqojin Putini tənqid atəşinə tutub: “Ukraynada pis iş gördük"

25 May 2023 16:44 (UTC+04:00)

Ukrayna müharibəsində Rusiya adından Donbas cəbhəsindəki Baxmut qəsəbəsini ələ keçirən komandir kimi tanınan “Vaqner” muzdlu ordusunun rəisi Yevgeni Priqojin prezident Vladimir Putinin adını çəkmədən Rusiyanın yüksək rəhbərliyini sərt tənqid edib.

Ukraynanın Rusiyanın əməliyyatı sayəsində güclü orduya malik ölkəyə çevrildiyini bildirən Priqojin, "Rusiyanın təhlükəsizliyini təmin etməkdə də uğursuzluğa düçar olduq",-deyə qeyd edib.

Priqojin Rusiyanın bir ildən artıqdır davam edən hərbi əməliyyatının elan olunmuş məqsədlərin heç birinə nail olmadığını deyən Kreml sarayının üzünə sillə vurub.

Ötən gün Rusiya mətbuatına bütün müharibə prosesini əhatə edən ətraflı açıqlama verən Priqojin, Rusiyanın uğur qazana bilmədiyi məqamları maddə-maddə sadaladı və “Xüsusi ordunu atarkən bəyan etdiyimiz hədəfləri xatırladıram. Ukraynaya qarşı əməliyyat. Rusiyanın təhlükəsizliyini təmin etmək, Ukraynanı ultra-millətçi nasistlərdən təmizləmək, Ukraynanı tərksilah etmək və orada yaşayan rus əsilli insanların təhlükəsizliyini təmin etmək. Biz praktikada nə etdik? Əvvəla, faşistləri özbaşına ovlamaq bəhanəsi ilə hərbi çəkmələrimizlə o ölkəyə daxil olduq. Biz faşistləri ovladığımızı deyəndə oradakı bütün dinc əhalini sıxışdırdıq”,-deyə vurğulayıb.

Mövsüm

Aznews.az